Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Macarıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədrini qəbul edib
07.06.12 15:25

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Marton Dyöndöşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, E.Məmmədyarov iki ölkə arasında münasibətlərin siyasi nöqteyi-nəzərdən yüksək səviyyədə olduğunu bildirib və bu səfərin parlament diplomatiyasının daha da inkişafına təkan verəcəyini diqqətə çatdırıb. Azərbaycanla Macarıstan arasında strateji və enerji tərəfdaşlığı üçün bütün imkanların mövcud olduğunu bildirən nazir bu imkanlardan maksimum dərəcədə istifadə edilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, E.Məmmədyarov macar parlamentarilərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son durumu barədə məlumat verib. Dostluq qrupunun sədri M.Dyöndöşi başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi üçün E.Məmmədyarova təşəkkürünü edib və hökumətlərarası əlaqələri parlamentlər səviyyəsində də inkişaf etdirə bildikləri üçün çox şad olduğunu qeyd edib. Macarıstanlı rəsmi ölkəsinin Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. Qonaq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-6521.html