Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vitse-spiker: “Ermənilərin atəşkəsi pozması nizamlanma ilə diametral ziddiyyət təşkil edir”
09.06.12 01:25

“Son günlər təmas xəttində ermənilərin atəşkəsi ciddi şəkildə pozması danışıqlar prosesinə mənfi təsir göstərir və problemin nizamlanmasına diametral ziddiyyət təşkil edir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, problemin həllində danışıqların tərəfi olan Ermənistanın qeyri-konstruktiv mövqedə olması danışıqlar prosesindəki mövqeyi ilə real həyatdakı mövqeyinin ziddiyyət təşkil etməsinin göstəricisidir. “Ermənilərin son hərəkətləri hətta ayrı-ayrı prinsiplərin belə razılaşdırılması ilə əlaqədar əldə olunmuş nəticəni tamamilə kölgə altına qoyur və perspektivi şübhə altına alır” - deyə B.Muradova vurğulayıb. Vitse-spiker erməni tərəfinin cəbhədə intensivləşməsinin ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə səfəri ilə əlaqəli olub-olmamasına münasibət bildirərək deyib ki, son hadisələr insanı kifayət qədər fikir söyləməyə və müxtəlif istiqamətlərdə mülahizələr irəli sürməyə vadar edir. “Amma görünən odur ki, öndə ermənilərdir. Onlar digər müxtəlif maraqların ifaçısına çevrilməkdə davam edirlər” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6520.html