Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ-da Türkiyə torpaqlarının bir qismi “tarixi Ermənistan” adı altında göstərilib
27.01.10 02:56

ABŞ Univerisitetlərinin birində keçirilən konfransda Türkiyə torpaqlarının bir qismi “tarixi Ermənistan” başlığı ilə xəritədə göstərilib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, konfrans Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların univerisitetin hüquq fakultəsinin tələbələri ilə müzakirə etmək üçün təşkil edilib. Konfransda univeristetdə təhsil alan türk, erməni və digər ölkənin tələbə və müəllim heyyəti iştirak edib. Konfransda təqdim olunan xəritədə Türkiyə ərazisinin bir qisminin “tarixi ermənistan” adı altında təqdim olunması türkiyəli tələbələrin qəzəbinə səbəb olub. Univerisitetin hüquq fakultəsinin müəllimi Sean Murphy xəritənin Google-dan götürüldüyünü bildirib. Müəllimin sözlərinə görə, xəritəni konfransa gətirməyimizin məqsədi tədbirdə iştirak edən digər tələbələrin Türkiyə və Ermənistan dövlətlərinin ərazilərini və onların qonşu dövlət olmasını xəritədə daha aydın göstərmək olub. Qeyd edək ki, xəritədə Gürcüstan, Azərbaycan, İran və İraqın bəzi hissələri də xəritədə Ermənistan adı altında göstərilib.
URL / WWW
http://kelam.az/article/a-652.html