Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “Dağlıq Qarabağ münaqişəsi həll olunmadan ABŞ-ın regionda maraqları təmin olunmayacaq”
09.06.12 01:25

“Əgər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın siyasi iradəsi olarsa, o zaman probleminin həllinə ciddi təsir edə bilər”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, ABŞ-ın dünyadakı münaqişələrin həllindəki təsirindən geniş danışmağa ehtiyac yoxdur, çünki Vaşinqtonun bu proseslərdəki rolu məlumdur. “Əgər siyasi iradəsi olarsa, ABŞ-ın imkanı var ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etsin. Hillari Klintonun regiona səfəri zamanı verdiyi bəyanatlar optimistlik yaradır və ABŞ-ın Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni yanaşması müəyyən ümidlər doğurur. Bəli, bu məsələ nazirlərin Parisdə keçirəcəyi görüşdə özünü göstərəcək. Əsas odur ki, bu məsələ artıq hamını narahat etməyə başlayıb, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan ABŞ-ın regionda maraqları təmin olunmayacaq” - deyə B.Muradova vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6519.html