Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Qayıdış və yenidən məskunlaşmanın qanunverici bazası yaradılmalıdır”
08.06.12 15:25

“Azərbaycanda qayıdış və yenidən məskunlaşmanın qanunverici bazası yaradılmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisdə keçirilən dinləmələrdə vitse-spiker Bahar Muradova bildirib. O qeyd edib ki, qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində ötən illər ərzində xeyli müzakirə aparılıb və öz həllini tapıb. “Ağdam və Füzuli rayonlarının bir hissəsinə qayıdış baş verib və bu onu deməyə əsas verir ki, presedent var, bu sahədə artıq təcrübə var” - deyə B.Muradova vurğulayıb. Vitse-spiker deyib ki, 2003-cü ildən sonra qaçqınların sosial problemlərinin həlli istiqamətində işlər görülüb. “Bu məqsədlə 4,68 milyard dollar vəsait xərclənib. Bunun da 2,7 milyard dolları dövlət büdcəsindən ayrılıb, 1 milyardı beynəlxalq təşkilatlardan, 900 milyon dollar vəsait isə Dövlət Neft Fondundan ayrılıb” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6518.html