Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sosial hüquqlarla bağlı maarifləndirmə işləri aparılır
06.06.12 15:30

İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə mayın 18-dən başlayan və iyunun 18-dək davam edəcək “İnsan hüquqları aylığı” çərçivəsində Şağanda tədbir keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirlik tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində insan hüquqlarını, o cümlədən sosial hüquqları təbliğ edən mövzularda müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlərdən biri də bu gün Şağanda 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokoluna uyğun olaraq hazırlanmış milli preventiv mexanizmin funksiyalarının səmərəli icrası ilə bağlı seminar olub. Nazirliyin tabeliyində olan sosial xidmət müəssisələrinin işçiləri üçün keçirilən seminarda nazirliyin əməkdaşları ilə bərabər, nazirlik yanında İctimai Şuranın işçi qruplarına daxil olan vətəndaş cəmiyyəti birliklərinin nümayəndələri də iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-6514.html