Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Gürcüstanın elm və təhsil naziri Azərbaycan Dili Məktəbində gürcü dili dərsliklərinin təqdimatını keçirib
07.06.12 15:30

Gürcüstanın elm və təhsil naziri Dimitri Şaşkin Tbilisidəki Azərbaycan Dili Məktəbində bu yaxınlarda etnik azlıq məktəbliləri üçün nəşr edilən gürcü dili dərsliklərinin təqdimatını keçirib. “KƏLAMİNFO” Gürcüstanın Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqdimatda məktəb şagirdləri və onların valideynləri iştirak edib. Nazir görüş zamanı gürcü dilini öyrənməyin əhəmiyyətindən bəhs edib. D.Şaşkin bildirib ki, nəşr edilən dərsliklər etnik azlıqların gürcü cəmiyyətinə inteqrasiyalarını ardıcıl dəstəkləmək məqsədi daşıyır. Qeyd edək ki, 5-ci sinifə qədər etnik azlıq məktəb şagirdləri üçün çap edilən gürcü dərslikləri prezidentin təşəbbüsü ilə başlanan "Gələcək müvəffəqiyyət üçün gürcü dili" proqramı çərçivəsində nəşr edilib. Proqramın məqsədi Gürcüstanın regionlarında yaşayan etnik azlıqlar arasında gürcü dilini təkmilləşdirməkdir. İlin sonuna kimi gürcü dili dərslikləri nazirliyin dəstəyi ilə 12-ci sinfə qədər olan məktəbləri əhatə edəcək. Dərslik kitabdan və şagird dəftərlərindən ibarətdir. Dərsliyə səs, vizual materiallar və kompyuter oyunları əlavə edilib. Nazirlik, həmçinin müəllimlər üçün də metodik vəsaitlər nəşr etdirməyi düşünür. Dərsliklər və müəllimlər üçün metodik vəsaitlər pulsuz paylanır.
URL / WWW
http://kelam.az/article/a-6513.html