Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İctimai Televiziyaya dövlət büdcəsindən vəsaitin ayrılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
07.06.12 15:30

İctimai Televiziyaya dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. “KƏLAMİNFO” xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “İctimai televiziya və radio yayımı haqqında” qanunda dəyişikliklər müzakirə olunub. Komitə sədri Nizami Cəfərov iclasda bildirib ki, İTV yaradılanda dövlət büdcəsindən ayırmaların müəyyən müddətdən sonra dayandırılması və şirkətin kommersiya fəaliyyəti, abonent haqları ilə gəlir əldə etməsi düşünülmüşdü: “Artıq İctimai yayım xidmətlərinin maliyyə mənbələrinə dövlət büdcəsindən ayırmalar da daxil edilir”. “İctimai televiziya və radio yayımı haqqında” qanunun 23-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, İctimai yayım xidmətinin maliyyə mənbələri sırasına dövlət büdcəsindən ayırmalar da daxil edilir. Komitə sədrinin müavini Rəfael Hüseynov gələcəkdə İTV-nin abunəçiləri hesabına gəlir əldə edəcəyinə inandığını bildirərək hazırda bunun mümkün olmadığını vurğulayıb. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
URL / WWW
http://kelam.az/article/a-6512.html