Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Niderlandın Xəzər regionunun enerji məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfirini qəbul edib
07.06.12 15:30

Prezident İlham Əliyev Niderlandın Xarici İşlər Nazirliyinin Xəzər regionunun enerji məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Rene van der Lindeni qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Niderland şirkətlərinin Azərbaycanda səmərəli fəaliyyətinə toxunan prezident İlham Əliyev bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd edib. Səfir Rene van der Linden ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafını yüksək qiymətləndirib. Əlaqələrimizin genişləndirilməsində qarşılıqlı işgüzar səfərlərin əhəmiyyətini qeyd edən niderlandlı qonaq Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında ölkəsinin geniş şəkildə təmsil olunduğunu məmnunluqla vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6511.html