Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Hillari Klintonu qəbul edib
08.06.12 01:30

Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən dövlət başçısı bunu ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib. Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini bildirib. ABŞ dövlət katibi Hillari Klinton yenidən Bakıya səfərindən və ikitərəfli əlaqələrimizlə bağlı Azərbaycan ilə məsləhətləşməkdən məmnun olduğunu deyib. Xanım Klinton Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun Çikaqo sammitində iştirakının önəmini qeyd edib. Ölkələrimizin bir çox sahədə uğurlu əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayan ABŞ-ın dövlət katibi ölkəsinin Azərbaycan ilə sıx və strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla qeyd edib. O, Azərbaycanın regionda mühüm rolunu vurğulayıb. Xanım Klinton ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı müzakirə ediləcək məsələlərin geniş gündəliyə malik olduğunu deyib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkələrimizin enerji və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra prezident İlham Əliyevin adından ABŞ-ın dövlət katibi Hillari Klintonun şərəfinə lanç verilib.
URL / WWW
http://kelam.az/article/a-6510.html