Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Gənc reper teleseriallardan oxuyacaq
05.06.12 21:07

Gənc reper Orxan Həyat son dövrlərdə hər kəsin marağına səbəb olan bir mövzuya müraciət edib. “KƏLAMİNFO”nun məlumatına görə, bu yaxınlarda sənətçilərlə birgə böyük aksiyaya hazırlaşan reper davamlı uğurları ilə sənətində irəliləyişlər edir. Reperin yeni mahnısı “Teleserial” adlanır. Reytinqi yüksək olan bir çox serialın mövzularını sənətçi bu mahnıda bir arada birləşdirib.
Orxan Həyat yay aylarında bir çox planlaşdırılmış layihələri ilə gündəmdə olacaq və yayın sonunda tamaşaçılarını çox maraqlı bir sürpriz gözləyir. Azərbaycan incəsənətinin çox sevilən bir xanım sənətçisi ilə maraqlı duet hazırlanır. Adı sirr saxlanılan sənətçi reperlə birgə tamaşaçıları yayın sonunda çox təəccübləndirəcək və möhtəşəm duetlə sevənlərinin qarşısına çıxacaqlar.
URL / WWW
http://kelam.az/article/a-6508.html