Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Eleonora Hüseynova YUNESKO Baş Assambleyasının dördüncü sessiyasının prezidenti seçilib
05.06.12 21:07

Parisdə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması haqqında 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının dördüncü sessiyası işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, sessiyada ölkəmizi YUNESKO yanında Daimi Nümayəndə, səfir Eleonora Hüseynova, nümayəndəliyin müşaviri Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə, YUNESKO üzrə Milli Komissiyanın nümayəndəsi Leyla Hacıyeva və YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, musiqişünas Sənubər Bağırova təmsil edirlər. Sessiyanın açılışında Prezident, beş Vitse-Prezident və Məruzəçidən ibarət iclasın bürosu təyin olunub. Eleonora Hüseynova yekdilliklə iki il müddətinə Baş Assambleyanın Prezidenti seçilib. Qeyd edək ki, 2010-cu ilin 22-24 iyun tarixində Paris şəhərində YUNESKO-nun Baş Qərargahında Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının üçüncü sessiyasında Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.
URL / WWW
http://kelam.az/article/a-6507.html