Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » “Əl-Qaidə” liderinin olduğu yerə zərbələr endirilib
05.06.12 21:07

Pakistanın şimal-qərbində “Əl-Qaidə” liderlərindən biri Əbu Yəhya əl-Libinin olduğu güman edilən yerə bir neçə raket zərbəsi endirilib. ABŞ və Pakistan mənbələrinin məlumatına görə, raket zərbələri yaraqlıların Şimali Vəziristandakı bazasına endirilib. 30-a yaxın silahlı öldürülüb. Onların arasında Libinin olub-olmadığı məlum deyil.
Liviyalı əl-Libi “Əl-Qaidə” lideri Ayman əl-Zəvahirinin ən yaxın tərəfdarlarındandır. O, keçən il Əfqanıstandakı ABŞ hərbi həbsxanasından qaçmışdı. Onun ələ keçirilməsi üçün 1 milyon dollar mükafat təyin olunmuşdu.
URL / WWW
http://kelam.az/article/a-6505.html