Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elnur Aslanov: "Bu onu göstərir ki, Ermənistan sülhün bərqərar olmasında maraqlı tərəf deyil”
05.06.12 21:07

Ermənistanın son diversiya əməliyyatı uzun illər ərzində bu ölkənin tutduğu qeyri-konstruktiv mövqenin bariz nümunəsidir. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
“Ermənistan bu gün status-kvonu saxlamağa çalışır, bölgədə sülhə, sabitliyə və əmin-amanlığa xidmət edən addımlar atmaq əvəzinə, bölgədə daha çox hərbi ritorikanın güclənməsinə, qeyri-sabitliyə, müxtəlif təxribatlara cəhd edir”-deyə E.Aslanov vurğulayıb. Onun sözlərinə görə, uzun illərdir Ermənistan irassional mövqe tutaraq danışıqlar prosesini uzadır, qeyri-adekvat mövqe tutur.
 "Bu, onu göstərir ki, Ermənistan sülhün bərqərar olmasında maraqlı tərəf deyil" -deyə PA rəsmisi əlavə edib.
E.Aslanov deyib ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycan səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli əsas müzakirə mövzularından biri olacaq.
URL / WWW
http://kelam.az/article/a-6501.html