Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nazir: “Ümid edirik ki, İranda saxlanılan iki Azərbaycan vətəndaşı ilə ünsiyyətə imkan yaradılacaq”
06.06.12 02:07

Ötən ay  İranda saxlanılan iki Azərbaycan vətəndaşının taleyi ilə bağlı İran Xarici İşlər Nazirliyi ilə müvafiq görüşlər davam etdirilir. Azərbaycanın İrandakı səfiri və Təbrizdəki baş konsulunun bu məsələ ilə bağlı mütəmadi görüşləri olur. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir Vyana Konvensiyasına əsaslanaraq ümid etdiyini bildirib ki, İran tərəfi təkcə vətəndaşlarımızın saxlanma səbəblərini açıqlamayacaq, həm də  hansısa istintaq təcridxanasında saxlanılan gənc şairlərlə ünsiyyətə imkan yaradacaq.
Nazir İranla Azərbaycan arasında son vaxtlar davam edən gərginliyin günahkarının Azərbaycan olmadığını qeyd edib. İranla Azərbaycan arasında min illərlə dərin münasibətlərin olduğunu xatırladan E.Məmmədyarov əlavə edib ki, Azərbaycan İranla daim normal, dinc qonşuluq münasibətlərinin tərəfdarı olub.
URL / WWW
http://kelam.az/article/a-6500.html