Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Klinton: “Gücdən istifadə Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz”
05.06.12 21:07

Yerevanda səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton xəbərdarlıq edib ki, Azərbaycanla Ermənistan arasında gərginlik sərhəd boyu münaqişələrə səbəb ola bilər. Ermənistanda prezident Serj Sarkisyan və başqa rəsmilərlə görüşündə Azərbaycanın daxilində etnik erməni separatçı region olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə dair müzakirələr aparıb. Klinton bildirib ki, vəziyyətin təhlükəli gərginləşməsindən və itkilərdən son dərəcə narahatdır. Dövlət katibi Azərbaycan və Ermənistanı mübahisələri güc yolu ilə həll etmək cəhdindən çəkinməyə çağırıb. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Eduard Nalbandianla birgə mətbuat konfransında Klinton deyib: “Gücdən istifadə Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz. Ona görə də güc tətbiq olunmamalıdır”.
Yerevanda olarkən Hillari Klinton Türkiyəni də Ermənistanla münasibətləri nizamlamağa çağırıb. Türkiyəyə ərazi iddiaları və Azərbaycan ərazilərini işğal etdiyinə görə Ankara 1993-cü ildən Yerevanla əlaqələri kəsib, sərhədləri isə bağlayıb.
URL / WWW
http://kelam.az/article/a-6497.html