Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İlham Əliyev: “Azərbaycan bütün sahələrdə müstəqil siyasət aparır”
05.06.12 21:07

“Dəfələrlə demişəm, bu gün də deyirəm: Azərbaycan bütün sahələrdə müstəqil siyasət aparır, o cümlədən də iqtisadi sahədə, çünki iqtisadi müstəqillik olmadan siyasi müstəqillik ola bilməz”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda XIX beynəlxalq neft-qaz sərgisinin açılışında çıxışı zamanı bildirib.O qeyd edib ki, Azərbaycan artıq müstəqilliyin ilk illərindəki zəif dövlət yox, regionun aparıcı dövlətidir. “Bu gün Azərbaycan tam müstəqil siyasət aparır. Tam müstəqil siyasətin əsaslarından biri iqtidarla xalq arasında olan vəhdətdir, digəri isə iqtisadi müstəqillikdir. Biz neft və qaz ixracı üçün marşrutları şaxələndirmişik və hazırda 7 istiqamətdə neft və qaz kəmərlərimiz var. Bu bizim bir marşrutdan asılılığımızı aradan qaldırıb və tam müstəqil iqtisadi siyasət aparmağa imkan verir. Azərbaycanın müstəqilliyi tamdır və şərtsizdir” - deyə o əlavə edib. Prezident deyib ki, vaxtilə Azərbaycanı birtərəfli iqtisadi inkişaf ilə və Holland sindromu ilə qorxudanlar indi Azərbaycan iqtisadiyyatının şaxələndirilmiş olduğunu etiraf etməlidirlər. “Biz Avropadakı dostlarımızın, enerji istehlakçılarının ən etibarlı tərəfdaşıyıq” - deyə ölkə başçısı vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6496.html