Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident: “Neft ehtiyatlarımız 50, qaz ehtiyatlarımız isə 100 ildən çox istifadə oluna bilər”
05.06.12 21:07

“Bizim neft ehtiyatlarımız 50 ildən çox, qaz ehtiyatlarımız isə 100 ildən çox hələ bizə xidmət edəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda açılışı olan XIX beynəlxalq neft-qaz sərgisində bildirib.
Neft-qaz siyasətinin Azərbaycan üçün məqsəd yox, vasitə olduğunu deyən ölkə başçısı qeyd edib ki, hazırda Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. “Azərbaycanın böyük qaz ehtiyatları var və bu ehtiyatlar bundan sonra hələ 100 il istifadə oluna bilər. Neft ehtiyatları da 50 ildən çox istifadə oluna bilər, çünki “Azəri-Çıraq-Günəşli” yatağında 1994-cü ildə proqnozlaşdırılandan daha çox neft var. Qaz siyasətində həlledici məqama gəlmişik. Azərbaycan qazı dünyaya təqdim edilib. Hazırda Azərbaycan nefti 3 kəmər, qaz isə 4 kəmər vasitəsilə dünyaya çıxarılır. “Şahdəniz-2” layihəsi işlənməyə hazırdır. İndi biz gələcək strategiyamızı hazırlayırıq və bu strategiya demək olar ki, hazırdır” - deyə Azərbaycan Prezidenti vurğulayıb. Onun sözlərinə görə, neft və qaz hasilatının indiki templəri saxlanılsa, indən belə onilliklər ərzində Azərbaycan problemsiz yaşayacaq, inkişaf edəcək.
URL / WWW
http://kelam.az/article/a-6494.html