Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İlham Əliyev: “Məqsədimiz iqtisadiyyatın şaxələndirilməsidir və biz buna nail olmuşuq”
06.06.12 03:07

“Azərbaycanda son 8 ildə iqtisadiyyat 3 dəfə artıb”. “KƏLAMİNFO” xəbət verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən XIX beynəlxalq neft-qaz sərgisinin açılışında bildirib.

Prezident həmçinin deyib ki, son 8 ildə yoxsulluq 5 dəfə azalıb. “Əminəm ki, tezliklə Azərbaycanda yoxsulluq tamamilə aradan qalxacaq” - deyə prezident vurğulayıb. Onun sözlərinə görə, təkcə qeyri-neft sektorunda son 8 ildə 1 milyon iş yeri açılıb. İqtisadiyyatın artımında neft sektorunun payına da toxunan prezident deyib ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra keçən müddətdə Azərbaycanda neft-qaz sahəsinə 50 milyard dollar həcmində sərmayə qoyulub. “Ümumilikdə isə Azərbaycan iqtisadiyyatına 120 milyard dollar həcmində investisiya yatırılıb. Uğurlu neft strategiyası nəticəsində ölkəmizin qarşıda duran problemlərini həll etmişik. Bizim hədəfimiz neftdən məqsəd kimi istifadə deyil, ölkənin iqtisadiyyatının digər sahələrinin inkişafına nail olmaqdır. Yəni qeyri-neft sektorunun inkişafına nail olmaqdır. İndi biz buna nail oluruq. 2012-ci ilin ilk üç ayının göstəriciləri bunun bariz nümunəsidir. Yəni bu müddətdə qeyri-neft sektorunda 16% inkişafa nail olunub. Bizim məqsədimiz iqtisadiyyatın şaxələndirilməsidir və biz buna nail olmuşuq” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6493.html