Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Müdafiə Nazirliyi cəbhədə şəhid olan əsgərlərin adlarını açıqlayıb
06.06.12 02:07

Müdafiə Nazirliyi cəbhədə şəhid olan əsgərlərin adlarını açıqlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, şəhid olan əsgərlərimiz bunlardır: Əliyev Amil Novruz oğlu (1988, Neftçala ), Əzizov Xalid Mətləb oğlu (1993, Şəki), Bağırov Vahid İntiqam oğlu (1993, Ağsu), Ataşlı Zülfüqar Vəli oğlu (1993, Cəlilabad), İsmayılov Elçin Əlövsət oğlu (1993, Yevlax).

Qeyd edək ki, iyunun 5-də saat 06:30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.
URL / WWW
http://kelam.az/article/a-6492.html