Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Elldən “Progressive House” janrında tam yeni mahnı
04.06.12 19:56

Odlar Yurdu Azərbaycanın paytaxt Bakıda mükəmməl keçirilən “Eurovision–2012” mahnı müsabiqəsindən dərhal sonra bu mötəbər yarışmanın qalibi Eldar Qasımov öz yeni musiqi layihəsinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, müğənni sıx qastrolları və iş qrafikinə baxmayaraq, artıq iki aydır ki “I’m Free” adlı yeni sinql üzərində işləyir. Yeni sinqlla bağlı təəssüratlarını bölüşən Ell bu mahnının onda tamamilə yeni hisslər yaşatdığını etiraf edib: “Mənim üçün bu layihə, bu mahnı tam yeni bir hissdir. Mən heç vaxt bu üslubda oxumamışam və buna görə də “Progressive House” musiqi stilinin pərəstişkarları, ifaçıları qarşısında böyük məsuliyyət hiss edirəm. Mən özümü başqa tərəfdən tanımaq istəyirəm. Bu bir imtahan kimidir”. Qeyd edək ki, mahnının müəllifləri Ell özü, “AzeriLife Music Entertainment” prodüserlik mərkəzi – DJ və prodüser Aligee (Əli Abasbəyli) və Rasif Babayevdir.
URL / WWW
http://kelam.az/article/a-6482.html