Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Mübarəkin məhkəmə qərarı apellyasiya ediləcək
04.06.12 19:56

Misirin dövlət prokurorluğu bəyan edib ki, Hüsnü Mübarək, onun oğulları və təhlükəsizlik rəsmilərinin məhkəmə qərarları apellyasiya ediləcək. “KƏLAMİNFO” “Lenta.ru”-ya istinadən xəbər verir ki, prokurorluq Mübarəkin ölüm cəzasına məhkum edilməsini tələb edirdi. Mübarəkin müdafiə komandası da apellyasiya məhkəməsinə müraciət ediləcəyini bəyan edib. Qeyd edək ki, Misirin sabiq prezidenti Hüsnü Mübarək ömürlük həbs cəzasına məhkum olunub. O, hökumət əleyhinə nümayiş keçirən yüzlərlə insanın qətlində ittiham edilirdi. Misirin sabiq daxili işlər naziri Həbib Əl-Ədli də ömürlük həbs cəzasına məhkum olunub. Mübarəkin korrupsiya ittihamları altında olan iki oğluna isə bəraət qazandırılıb. Məhkəmədən sonra minlərlə insan Qahirənin Təhrir meydanı və digər şəhərlərdə Mübarəkə ölüm cəzası verilməsi çağırışları ilə aksiya keçirib. Bu arada Misir mətbuatı qərarın Mübarəkin səhhətinə ciddi təsir etdiyini bildirib. Qərar Misirin prezident seçkiləri ilə bağlı parçalanmaya məruz qaldığı bir vaxta təsadüf edir.
URL / WWW
http://kelam.az/article/a-6481.html