Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Putin Asiya ölkələrinə səfərə çıxıb
05.06.12 02:56

Rusiya prezidenti Vladimir Putin bu gün Asiya ölkələrinə 4 günlük səfərə çıxır. O, səfər çərçivəsində Özbəkistan, Çin və Qazaxıstanda olacaq. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, onun Daşkəndə səfəri zamanı Özbəkistanın MDB azad ticarət zonasına daxil olması ilə bağlı memorandum imzalanacağı gözlənilir. Vladimir Putin Çinə səfəri zamanı Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə də qatılacaq. O, sammit çərçivəsində Əfqanıstan prezidenti Həmid Kərzayi və İran prezidenti Mahmud Əhmədinejadla da görüşməlidir. Putinin regiona səfəri iyunun 7-də Astana səfərilə yekunlaşacaq. Bu görüşlərdə ikitərəfli münasibətlər və əməkdaşlıq məsələləri müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-6480.html