Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 9 il ötür
25.01.10 20:40

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 9 il ötür. KƏLAMİNFO xəbər verir ki, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələri səviyyəsində keçirilmiş iclasda Azərbaycanın bu təşkilata üzv qəbul olunması qərara alınıb. Yanvarın 25-də isə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasına həsr edilmiş rəsmi mərasim keçirilib və üçrəngli bayrağımız həmin vaxtdan etibarən qurumun binası önündə dalğalanır. Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı 9 illik fəaliyyəti ölkəmizin beynəlxalq imicini möhkəmləndirməklə bərabər, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə, saxta erməni təbliğatının qarşısını almağa imkan yaradıb. 2003-cü il yanvarın 27-də İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sədr müavini və büro üzvü seçilməsi isə Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan biri olub. AŞPA-nın 2003-cü il yaz sessiyasında isə “Avropada muxtar vilayətlərin təcrübəsi” mövzusunda müzakirələr zamanı məhz İlham Əliyevin təklifi ilə muxtar vilayətlərin ərazi bütövlüyünü pozmaq səlahiyyətinə malik olmadığı kimi mühüm və prinsipial bir müddəa sənədə əlavə olunub. Prezident İlham Əliyevin nümayəndə heyətinə rəhbərlik etdiyi qısa bir müddətdə AŞPA-da Azərbaycan həqiqətlərini özündə ehtiva edən 30-dək sənəd hazırlanıb və təşkilatın rəsmi sənədləri kimi yayılıb.
URL / WWW
http://kelam.az/article/a-648.html