Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Siyavuş Novruzov: Milli Məclis yaz sessiyası ərzində səmərəli fəaliyyət göstərib
05.06.12 03:56

“Milli Məclisin yaz sessiyası öz işini uğurla başa vurdu. Sessiya dövründə ölkəmizin inkişafı naminə bir sıra mühüm qanunvericilik aktları qəbul olundu”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin yaz sessiyasının fəaliyyətinə münasibət bildirərkən deyib. S.Novruzov bildirib ki, qəbul olunmuş qanunvericilik aktları bütün sferaları əhatə edir. Onun sözlərinə görə, xüsusilə qanunların təkmilləşdirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Çünki bütün bunlar cəmiyyətin inkişafına, insanların maraqlarına xidmət edir. “Ona görə də, hesab edirəm ki, Azərbaycan parlamenti yaz sessiyası ərzində çox səmərəli fəaliyyət göstərib. Ümumiyyətlə, ölkəmizdə yüksək parlamentarizm ənənəsi formalaşıb. Bu gün Milli Məclis beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir və ölkəmizi layiqincə təmsil edir. Yaz sessiyası dövründə bir sıra ölkələrin dövlət başçıları, spikerləri, eləcə də müxtəlif nümayəndə heyətləri Milli Məclisdə qonaq oldular. Bütövlükdə, hesab edirəm ki, parlament gələcək fəaliyyətində də böyük nailiyyətlər qazanacaq, ölkənin qanunvericilik bazasının daha da gücləndirilməsində yeni töhfələr verəcək” - deyə YAP İcra katibinin müavini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6477.html