Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Afrika ölkələrinə satılan dərmanların saxtadır
01.06.12 19:57

Yeni açıqlanan hesabatda Cənubi Afrika və Böyük Səhraaltı Afrika ölkələrinə vəba xəstəliyinə qarşı satılan dərmanların çox hissəsinin ya saxta, ya da keyfiyyətinin çox aşağı olduğu bildirilib. Ekspertlər bunun son on ildə vəbanın qarşısının alınması sahəsində əldə edilən tərəqqini təhlükə altına almasından əlavə, vəbanı yaradan parazitlərin bu dərmanlara müqavimət göstərəcəyini deyirlər. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, araşdırmalarda iştirak edən Milli Səhiyyə İnstitutundan Georika Nayyar bunun böyük problem olduğunu deyib: “Bizim bu dərmanların harada və necə istehsal edildiyi barədə lazımi məlumatımız yoxdur. Lakin bu dərmanlar yerli mağazalarda satılır, hətta onlardan xəstəxanalarda istifadə edilir”. Hər il dünyada vəbadan bir milyona qədər insan ölür.
URL / WWW
http://kelam.az/article/a-6470.html