Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda Mixail Qusmanın “Formula vlasti” adlı iki cildlik nəşrinin təqdimatı keçirldi
26.01.10 03:40

Bu gün Bakı şəhərində, M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə birgə İTAR-TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini, görkəmli jurnalist Mixail Qusmanın “Formula vlasti” adlı iki cildlik nəşrinin təqdimatı keçirldi. KƏLAMİNFO xəbər verir ki, təqdimatda çıxış edən Milli Kitabxananın Məsləhət Şurasının sədri, xalq yazıçısı Çingiz Abdullayev əslən azərbaycanlı olan müəllifin nəşrlərinin təqdimatını Bakıda keçirməsini heç də təsadüfi saymayıb. Ç.Abdullayev qeyd edib ki, hər iki cild dünyanın 55 ölkəsinin liderləri ilə müsahibə və müsahibələrə verilən şərhlərdən ibarətdir. Müəllifin kitabın qəhramanları ilə sərbəst söhbətlərində tək onların hakimiyyətə gəlişi deyil, həmçinin onların şəxsi həyatından və yüksək siyasətdən uzaq olan mövzulardan da bəhs edilib. Təqdimatda müəllif M.Qusman isə nəşrlərinin təqdimatının Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu ərəfəsində baş tutmasını böyük fəxr hissi kimi xarakterizə edib. O, kitablarının Azərbaycan oxucuları arasında geniş maraq dairəsinə səbəb olacağına əminliyini bildirib. Tədbir millət vəkili Elmira Axundova, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin və digər qonaqların iştirakı ilə davam edib.
URL / WWW
http://kelam.az/article/a-647.html