Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə məktəb direktorları və rayon təhsil şöbələrinə xəbərdarlıq etdi
02.06.12 01:57

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar növbəti dəfə məktəb direktorları və rayon təhsil şöbələrinə xəbərdarlıq edib. “KƏLAMİNFO” xəbər verir ki, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, ona bəzi valideynlərin övladlarının təhsil aldıqları məktəb direktorları ilə danışıqlar aparması barədə məlumatlar çatıb. "Mənə məlumatlar gəlib çatıb ki, valideynlər sığortalanmaq üçün məktəb direktorlarına yaxınlaşıblar. Onlar da həmin valideynlərə vəd veriblər ki, narahat olmayın, heç bir problem olmayacaq. Amma bir daha xəbərdarlıq edərək bildirirəm ki, nə məktəb direktorları, nə də rayon təhsil şöbələrinin rəsmi şəxsləri imtahan prosesinə müdaxilə edə biləcəklər" - deyə M.Abbaszadə bildirib. TQDK sədri qeyd edib ki, məktəb direktorları və rayon təhsil şöbələrinin müdirləri nə imtahanların keçirilməsində, nə də onların nəticələrinin qiymətləndirilməsində iştirak edəcəklər və bu proseslərə müdaxilə də edə bilməzlər. Qeyd edək ki, sabahdan ölkə ərazisində buraxılış imtahanlarının keçirilməsinə başlanılır.
URL / WWW
http://kelam.az/article/a-6467.html