Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Şagirdləri buraxılış imtahanlarından azad olunan məktəblərin adları açıqlanıb
02.06.12 03:57

Azərbaycanda şagirdləri buraxılış imtahanlarından azad olunan məktəblərin adları açıqlanıb. “KƏLAMİNFO” xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, mayın əvvəlində ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar Zaqatala rayonunun bütün məktəbləri buraxılış imtahanından azad ediliblər. Həmin məktəblərin şagirdlərinin attestat qiymətləri illik qiymətləri əsasında müəyyənləşəcək. M.Abbaszadə deyib ki, zəlzələ nəticəsində məktəblərin qəzalı vəziyyətdə olması, dərslərin vaxtından əvvəl dayandırılması və şagirdlərin əksəriyyətinin evlərinin də qəzalı vəziyyətdə olması səbəbindən Qax və Balakən rayonlarında da bəzi məktəblərin şagirdləri imtahandan azad ediliblər. Balakən rayonunda Qarahacılı, Katex və Püştətala kənd orta məktəblərinin, Qax rayonunda isə 9 kəndin - Ləkit, Zərgə, Güllük, Kötüklü, Qarağan, Dəmyə-Dağlı, Meşəbaşı, Lələpaşa və Lələli kənd orta məktəblərinin şagirdləri buraxılış imtahanlarından azad ediliblər.
URL / WWW
http://kelam.az/article/a-6465.html