Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » San Dieqo şəhərində Respublika Günü qeyd olunub
01.06.12 19:57

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu 28 may-Respublika Günü münasibətilə Kaliforniyanın San Dieqo şəhərində ziyafət keçirib. Baş Konsulluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan Demokratik Respublikasının (ADR) əldə etdiyi nailiyyətlərdən, ABŞ Prezidenti V.Vilsonun ADR diplomatları ilə tarixi görüşündən, müstəqilliyin 21 ili ərzində Azərbaycanın keçdiyi sürətli inkişaf yolundan, Azərbaycan-ABŞ tərəfdaşlığının və San Dieqo və Bakı şəhərlərinin sözügedən rayonları arasındakı münasibətlərin önəmindən bəhs edib.Sonra San Dieqo şəhərinin merinin və San Dieqo Dairəsinin nümayəndələri çıxış edərək, müvafiq təbrik bəyanatlarını baş konsula təqdim ediblər. Bəyanatlarda ziyafətin keçirildiyi tarix, yəni 31 may bütün San Dieqo şəhərində və Dairəsində “Azərbaycan Milli Günü” elan edilib. Həmçinin, Respublika Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin yaradılmasının 20-ci ildönümü münasibətilə ABŞ konqresmeni Suzan Deyvis, Kaliforniya Ştat Senatının üzvü Kristin Keho, Kaliforniya Ştat Assambleyasının üzvü Toni Atkins və San Dieqo Şəhər Şurasının üzvü Todd Qlorianın verdiyi təbrik bəyanatları N.Ağayevə təqdim olunub. Sonda tədbir iştirakçıları Azərbaycan mətbəxinin təamlarına qonaq edilib.
URL / WWW
http://kelam.az/article/a-6464.html