Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Həsənov: “Eurovision”un pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısı alındı”
31.05.12 20:10

“Bəzi anti-Azərbaycan qüvvələr, bunların arasında xüsusilə radikal dinin qruplaşmalar Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində hədələyici xəbərdarlıqlar etsə də, Azərbaycan bu tədbirin təhlükəsizliyini yüksək səviyyədə təşkil etdi”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, Azərbaycan bir dövlət kimi bu tədbirə gələn bütün qonaqların təhlükəsizliyini təmin edib. “Azərbaycanın bütün hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışdı və bunun da nəticəsi olaraq MTN tərəfindən terrorçu qruplar saxlanıldı və ifşa olundu. “Eurovision”un pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısı alındı” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6454.html