Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bu gün Azərbaycanda “Son zəng”dir
01.06.12 01:10

Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində buraxılış günüdür. “KƏLAMİNFO” xəbər verir ki, ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri saat 10:00-dan başlayaraq üç saat müddətində və yalnız məktəbin ərazisində keçirilməlidir. Təhsil Nazirliyindən bildirilib ki, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 92178 şagird bitirəcək. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən il 97653 nəfər təşkil edib. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2011-ci ildə 442 nəfər olduğu halda bu il onların sayının 786 nəfər olacağı gözlənilir.2011-2012-ci tədris ilində Bakı şəhərindəki əyani ümumi təhsil məktəblərinin XI sinfini 24285, IX sinfini isə 33977 şagirdin bitirəcəyi gözlənilir. 2011-2012-ci dərs ilində ölkə üzrə I sinif şagirdlərinin sayı 125807 nəfər olub. Bu göstərici 2010-2011-ci tədris ilində 120420 nəfər təşkil edib. 2012-2013-cü tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 130454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 99924 tələbə təhsil alır. Onlardan 91652 nəfərini bakalavr, 8272 nəfərini isə magistrantlar təşkil edir. Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 24795 nəfər tələbə təhsil alır ki, onların da 21779 nəfəri bakalavr, 3016 nəfəri isə magistrantdır. Özəl ali təhsil müəssisələrində bakalavriatura səviyyəsi üzrə 18689, magistratura səviyyəsində isə 926 nəfər olmaqla cəmi 19615 tələbə təhsil alır.
URL / WWW
http://kelam.az/article/a-6453.html