Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dövlət qulluqçularının etik qaydaları pozması ilə bağlı 62 müraciət edilib
31.05.12 20:10

Ötən il Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) etik qaydaların pozulması ilə bağlı 62 müraciət daxil olub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı DQMK-nin hüquq sektorunun müdiri Vüqar Əsgərov Bakıda “Dövlət qulluğuna qəbulda şəffaflıq və etik tələblər” mövzusunda keçirilən Dəyirmi masada deyib. Onun sözlərinə görə, həmin şikayətlərin 32-si dövlət qulluğunun xüsusi növü hesab edilən dövlət orqanlarında, o cümlədən prokurorluq, ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və digər xüsusi və hərbi vəzifə daşıyan şəxslərlə bağlı olub. Daxil olan şikayətlər baxılması üçün həmin orqanlara göndərilib. V.Əsgərov bildirib ki, 16 şikayət təmin edilib, 10 şikayətin araşdırmalar nəticəsində əsassız olduğu müəyyən olunub, 4 şikayətin isə məhkəmə icraatında olduğu müəyyən edilib. Daxil olan şikayətlərin 24-ü mərkəzi icra hakimiyyəti, 26-sı yerli icra hakimiyyəti orqanlarından, 9-u xüsusi növ dövlət orqanları, 3-ü isə digər orqanlarla bağlı olub. Daxil olan şikayətlər insanların hüquq və azadlıqları, şərəf və ləyaqətinə hörmət prinsipinin pozulması, mədəni və vicdanlı davranışın göstərilməməsi və s. hərəkətlərlə bağlı olub. Daxil olan şikayətlərin ümumiləşdirilməsi nəticəsində müəyyən olub ki, dövlət orqanlarında dövlət qulluqçusuna qarşı 679 nəfər barəsində intizam tənbeh tədbiri görülüb.
URL / WWW
http://kelam.az/article/a-6450.html