Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndiriləcək
30.05.12 20:10

Gələn ildən Azərbaycanda bütün dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirib. Onun sözlərinə görə, bu il Dövlət Sosial Müdafiə Fondundan və Sumqayıt şəhər İcra Hakimiyyətində pilot olaraq bu qiymətləndirmə həyata keçirilib. Bu ilin sonunda həmin pilot layihənin nəticələri müzakirə ediləcək və qəbul ediləcək. Gələn ilin yanvarından isə bütün dövlət orqanlarında layihənin tətbiqinə başlanacaq. V.Əsgərov bildirib ki, hər ilin sonunda hər bir dövlət qulluqçusunun xidməti fəaliyyətinə qiymət veriləcək. Qiymətləndirmə zamanı hansı dövlət qulluqçusunun peşəkarlığının artırılmasına, əlavə təhsilə cəlb edilməsinə ehtiyac olduğu müəyyənləşəcək. Qiymətləndirmə zamanı xidməti fəaliyyəti daha yüksək qiymət alan dövlət qulluqçusunun maddi təminatının yüksəldilməsi və mükafatlandırılması nəzərdə tutulur. V.Əsgərov qeyd edib ki, hazırda “Dövlət qulluğu haqqında” qanunun aid olduğu şəxslərin sayı 28 min 500 nəfərdir. Qiymətləndirmə inzibati vəzifə tutan 23 minə yaxın dövlət qulluqçusuna şamil ediləcək. Yardımçı vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi aparılmayacaq.
URL / WWW
http://kelam.az/article/a-6449.html