Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsini qəbul edib
01.06.12 01:10

Prezident İlham Əliyev Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsi, MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçovu qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Konstantin Kosaçov Rusiya prezidenti Vladimir Putinin və baş nazir Dmitri Medvedevin salamlarını dövlət başçısına çatdırıb, Respublika Günü münasibətilə prezident İlham Əliyevi təbrik edib. O, bu yaxınlarda Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasimdə iştirakını məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə də iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Konstantin Kosaçov humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsində Bakı Beynəlxalq Humanitar Forumunun önəmini qeyd edib.Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu qeyd edən prezident İlham Əliyev bildirib ki, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın yüksək səviyyədə olması əlaqələrimizin digər sahələrdə genişləndirilməsi işinə də öz töhfəsini verir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı prezident Vladimir Putinin və baş nazir Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya prezidentinə və baş nazirə çatdırmağı xahiş edib.
URL / WWW
http://kelam.az/article/a-6448.html