Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nəzdindəki sığınacaqda 24 insan alveri qurbanı yerləşdirilib
29.05.12 20:08

Hazırda Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nəzdindəki sığınacaqda 24 insan alveri qurbanı yerləşdirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı sığınacağın direktoru Kəmalə Ağazadə deyib.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnsan alveri ilə mübarizə və Azərbaycan təcrübəsi: ictimai müzakirələrin keçirilməsi” adlı layihə çərçivəsində keçirdiyi ictimai dinləmədə iştirak edən K.Ağazadə bildirib ki, sığınacaqda yerləşdirilən qurbanların çoxu Sumqayıtdandır. O, ötən ilin statistikasını da xatırladıb və əlavə edib ki, ötən il sığınacaqda 18  qurban yerləşdirilib və onların çoxu Gəncədən olub. K.Ağazadə onu da xatırladıb ki, həmin insanların   daimi qeydiyyatı isə Mingəçevir, Bərdə və s. bölgələrdə olub.
İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün xüsusi müəsissə - sığnacaq 2006-cı ildə ABŞ səfirliyi, ATƏT və Beynəlxalq Miqrasiya Təşkilatının Bakı nümayəndəliyinin rəhbərlərinin iştirakı ilə açılıb. Sığınacaq DİN-in İAQMİ tərəfindən idarə olunur, orada ayrı-ayrı QHT-lərin nümayəndələri çalışırlar.
URL / WWW
http://kelam.az/article/a-6447.html