Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Oqtay Əsədov: “Azərbaycanın inkişafı bəzi qüvvələrdə çox böyük narahatlıq yaradıb”
29.05.12 20:08

Azərbaycan Milli Məclisi Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı imzaladığı qətnaməyə etirazını bildirib. “Belə bir təcili qətnamənin qəbul edilməsinin qərəzli olması ilə bağlı Avropa Parlamentinin rəhbərliyinə məktub ünvanlanıb. Bir il öncə Avropa Parlamentinin yaratdığı AVRONEST-in əsas məqsədlərindən biri də odur ki, üzv ölkələrdə olan məsələlər müzakirə edilsin. Azərbaycana qarşı qəbul olunan qərarın əsas səbəbi Azərbaycanın inkişafı və ona qarşı olan qısqanclıqdır. Bütün müşahidəçilərin rəyi ilə Bakıda “Eurovision-2012” mahnı müsabiqəsi çox yüksək səviyyədə təşkil olunub. Azərbaycanın inkişafı bəzi qüvvələrdə çox böyük narahatlıq yaradıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib.
Spiker bildirib ki, bu qərar erməni lobbisinin təsiri altına düşmüş bəzi qüvvələr tərəfindən qəbul olunub: “Bir sıra təşkilatlar anti-Azərbaycan kampaniyasına başlayıb, lakin Azərbaycanı öz dövlət quruculuğu yolundan heç kim döndərə bilməz”.
URL / WWW
http://kelam.az/article/a-6445.html