Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK təhsil şöbələri və ümumi təhsili həyata keçirən təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib
29.05.12 20:08

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsil şöbələri və ümumi təhsili həyata keçirən təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib. TQDK-nın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, təhsil şöbələri “Şagird-məzun sistemi”ndə “İmtahana buraxılmır” kimi qeyd etdikləri şagirdlərin sənədlərini yenidən təftiş etməli, bu şagirdlərin arasında bilikləri qiymətləndirilməyən və ya imtahandan azad olunanlar varsa, onları “İmtahana buraxılmır” kateqoriyasından çıxarıb müvafiq kateqoriyaya aid etməli, imtahandan azad olunanların buraxılış ili üzrə qiymətlərini sistemə daxil etməlidirlər. Qeyri-kafi qiymətlərə görə “İmtahana buraxılmır” kimi qeyd edilmiş şagirdlər də bu kateqoriyadan çıxarılmalı, onların buraxılış ili üzrə qiymətləri sistemə daxil edilməlidir. TQDK-nın 2012-ci il 10 may tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti QAYDALARI"nın 4.1. bəndinə əsasən, ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar.
URL / WWW
http://kelam.az/article/a-6443.html