Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Kofi Annan Əsədlə görüşəcək
29.05.12 20:08

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan bu gün prezident Bəşər Əsədlə görüşməyi planlaşdırır. Görüşdə məqsəd Annanın sülh planını qorumağa yenidən cəhddir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Dəməşqdə danışıqlar aparılan zaman Hula şəhərində, xüsusilə də uşaqlar və qadınlar daxil olmaqla ən azı 108 nəfər öldürülüb.
Annan mayın 28-də Suriyaya gedib və baş vermiş qırğını dərin nəticələri olan dəhşətli an adlandırıb. O bildirib ki, bu qırğının səbəbkarları məsuliyyətə cəlb olunmalıdırlar. Bununla yanaşı, Annan “əli silahlı” hər kəsi 15 aydır davam edən zorakılığa son verilməsi üçün onun 6 maddədən ibarət sülh planına əməl etməyə çağırıb.
URL / WWW
http://kelam.az/article/a-6439.html