Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » YAP GB “Avroviziya-2012”-də Rumıniyanı təmsil edən “Mandinqa” qrupunun üzvləri ilə görüşüblər
30.05.12 02:08

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri “Avroviziya- 2012” mahnı müsabiqəsində Rumıniyanı təmsil edən “Mandinqa” qrupunun üzvləri ilə görüşüblər. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov qonaqları salamlayaraq ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Dövlətlərarası münasibətlərin bütün sahələri, xüsusi ilə mədəniyyətlərarası əlaqələri uğurla əhatə etdiyi vurğulanıb.

YAP Gənclər Birliyinin sədri Bakı şəhərində “Avroviziya- 2012” mahnı müsabiqəsinin böyük müvəffəqiyyətlə keçdiyini və Rumıniyanın təmsilçisinin bu müsabiqədə iştirakının önəmini vurğulayıb. S.Orucov deyib ki, Rumınyia təmsilçisinin “Avroviziya-2012 mahnı müsabiqəsində iştirakı və ifa etdiyi mahnı Azərbaycan gəncləri tərəfindən xüsusi maraqla qarşılanıb. Görüşdə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Cristian Ciobanu da iştirak edib. Səfir qeyd edib ki, “Mandinqa” qrupu ikitərəfli mədəniyyət əlaqələrində önəmli rol oynayıb. Yeni Azərbaycan Partiyasının gəncləri ilə görüşməkdən fəxr duyduğunu deyən səfir bu görüşün Azərbaycan gənclərinin Rumıniyaya və onun nüfuzlu musiqi yarışmasındakı təmsilçilərinə olan diqqətinin göstəricisi kimi dəyərləndirib. Diplomat iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyərək “Mandinqa” qrupunun “Avroviziya” mahnı müsabiqəsindəki iştirakı və sevilən ifalarının mədəniyyətlərarası münasibətlərimizdə çox önəmli rol oynadığını vurğulayıb.
Görüşdə “Mandinqa” qrupunun üzvləri də Azərbaycanın bu mahnı müsabiqəsini uğurla keçirdiyini diqqətə çatdırıblar. Qrupun ifaçısı, gənclərin sevimlisinə çevrilən Elena Gheorghe isə Azərbaycanda qarşılaşdıqları sevgi və qayğının onlara böyük sevinc hissi bəxş etdiyini qeyd edib.
Görüşün sonunda YAP Gənclər Birliyinin sədri Seymur Orucov rumıniyalı qonaqlara xatirə hədiyyələri təqdim edib.
Görüşdə Rumıniyanın Azərbaycandakı səfirinin xanımı Luminita Ciobanu da iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-6435.html