Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Toronto şəhərində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib
30.05.12 02:08

28 May – Respublika Günü münasibətilə Kanadanın Toronto şəhərinin meriyası qarşısında Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Kanadadakı səfirliyimizdən veriblər.

Tədbir Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının və Azərbaycanlı Gənclərin Kanada Şəbəkəsinin təşəbbüsü ilə keçirilib. Tədbirdə, həmçinin, Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin nümayəndəsi də iştirak edib.
Mərasimdə Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının rəhbəri İsgəndər Qədirzadə çıxış edərək Azərbaycan Demokratik Respublikasının tarixi barədə bəhs edib.Daha sonra Azərbaycanın dövlət himninin sədaları altında Azərbaycanın dövlət bayrağı qaldırılıb.
Mərasimindən sonra Toronto Universitetində Azərbaycan icmasının üzvlərinin iştirakı ilə forum keçirilib. Forum zamanı Kanadada fəaliyyət göstərən Azərbaycan icmasının, o cümlədən, Azərbaycanlı Gənclərin Kanada Şəbəkəsinin fəaliyyəti və gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlər ətrafında müzakirələr aparılıb.
Bununla yanaşı, Kanadanın Britaniya Kolumbiyası əyalətinin Vankuver şəhərinin meri Qreqor Robertsonun (Gregor Robertson) müvafiq qərarı ilə 28 may 2012-ci il tarixi Vankuver şəhərində “Azərbaycanın milli günü” elan edilib. Bu münasibətlə Vankuver şəhərində Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib və mərasimdə Britaniya Kolumbiyası əyalətinin bir sıra rəsmiləri də iştirak ediblər.
Qeyd edək ki, Kanadanın Kalqari və Ottava şəhərlərində də 28 May – Respublika Günü” münasibətilə Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib.
URL / WWW
http://kelam.az/article/a-6432.html