Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Gürcüstan-Azərbaycan sərhədinin 66 faizi delimitasiya olunub
29.05.12 20:08

Gürcüstan-Azərbaycan sərhədinin 66 faizi delimitasiya olunub. «KƏLAMİNFO» «Qruziya-onlayn»a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib. O ki qaldı David Qareci məbədinə, onun sözlərinə görə, hazırkı mərhələdə konkret hansısa bir bəyanat vermək tələsiklik ola bilər: «Sərhədlərin 66 faizi delimitasiya olunub». Yerdə qalan hissə ilə bağlı diskussiyalar aparılır. Bəlli olduğu kimi, prezidentlər arasında telefon danışığı olub, eləcə də iki ölkənin xarici işlər idarələri arasında əlavə məsləhətləşmələr aparılıb» - deyə nazir müavini vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, yaxın gələcəkdə sərhədlərin qurulması üzrə komissiyanın iclası keçiriləcək və bu, əlavə məsələlər üzrə müzakirələri yeniləməyə imkan verəcək. «Lakin hansısa bir qərar barədə danışmaq tələskənlik olardı. Hansısa bir konkretlik yaranarsa, ictimaiyyət bundan məlumatlandırılacaq» - deyə Kalandadze bildirib.
URL / WWW
http://kelam.az/article/a-6431.html