Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Novruz Məmmədov: “Ermənistan sağlam düşüncə ilə hərəkət etsə münaqişənin həlli üçün müəyyən zəmin yarana bilər”
22.01.10 21:15

“Ümid etmək lazımdır ki, prezidentlərin bu dəfəki görüşü müəyyən mənada irəli addım atmaq üçün bir zəmin yaradacaq” KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının (PA) Beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov bildirib. N.Məmmədov qeyd edib ki, növbəti görüşdə Azərbaycan və Ermənistan prezidentləri ilə yanaşı Rusiya prezidenti də iştirak edəcək. “Rusiya prezidentinin görüşdə iştirak etməsini xüsusi qeyd etmək lazımdır. Çünki əvvəllər də Rusiya prezidentinin iştirakı ilə belə görüşlər keçirilib. Lakin Rusiya prezidenti nə qədər səy göstərsə də, konkret bir nəticə əldə etmək mümkün olmayıb. Düşünürəm ki, son proseslərin fövqündə Ermənistan rəhbərliyi ola bilsin ki, müəyyən mənada sağlam düşüncə ilə hərəkət edər və münaqişənin həlli üçün müəyyən addımlar atılmasına şərait yaradar”,-deyə N.Məmmədov prezidentlərin Soçidə keçiriləcək görü ilə bağlı mövqeyini açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-643.html