Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Araz” FM Meral Konratı Bakıya gətirir
26.05.12 02:07

“Araz” radiosunun “Park Bulvar”da açılan studiyası verilişlərinə start verib. Radionun bədii rəhbəri Səxavət Nur “KƏLAMİNFO”ya eksklüziv açıqlamasında bildirib ki, radionun yeni studiyasından veriliş həftə içi hər gün 2 saat – 14:00-dan 16:00-dək yayımlanır. S.Nur bildirib ki, “Araz” FM-in “Park Bulvar”dakı studiyası sabahdan etibarən isə eyni zamanda televiziya verilişinə də start verəcək və bu veriliş “Araz” FM dalğası ilə yanaşı Xəzər TV vasitəsilə də yayımlanacaq. Həftənin 5-ci günləri axşam saat 20:00-dan 21:00-dək davam edəcək veriliş canlı deyil, videoyazı formatında təqdim olunacaq. İlk televersiyanın çəkilişləri isə sabah başlayır. Verilişin ilk qonağı isə Azərbaycanda Təhminə kimi tanınan Türkiyənin məşhur sənətçisi Meral Konrat olacaq. Səxavət Nur xüsusi vurğulayıb ki, Meral Konrat “Araz” FM tərəfindən dəvət olunub və bu səbəbdən də onun informasiya hüququ radioda olduğu üçün fərdi müsahibələr hələ ki, nəzərdə tutulmayıb: “Amma sabah saat 19:00-da “Park Bulvar”da mətbuat nümayəndələri üçün Meral Konratla mətbuat konfransı təşkil olunacaq və kim istəsə qonaqdan müsahibə almaq şəraiti yaradılacaq”. Qeyd edək ki, bu gün Meral Konratın “Təhminə və Zaur” filminin aktyorları ilə görüşü də planlaşdırılıb: “Görüşdən hazırlanan süjet isə “Araz” radiosunun ilk telelayihəsində təqdim olunacaq”.
URL / WWW
http://kelam.az/article/a-6428.html