Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » “Altılıq” ölkələrindən İrana yeni təklif
26.05.12 02:07

İran və “altılıq” ölkələri arasında Bağdadda baş tutan danışıqlar başa çatıb. “KƏLAMİNFO” “BBC”yə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Əli Əkbər Salehi Qərbin İrana qarşı istənilən təzyiqinin faydasız olacağını söyləyib. Ancaq o, Tehranda keçirilən mətbuat konfransında danışıqlarda optimist olmaq üçün səbəblərin olduğunu deyib. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya ilə İran arasında Tehranın nüvə proqramı ilə bağlı keçirilən danışıqların əvvəlində Avropa Birliyi xarici işlər naziri Ketrin Eşton İran qarşısında yeni təklif irəli sürdüklərini bildirib. Təklifdə ilk addım kimi İranın nüvə zənginləşdirməsini 20% azaltmaq yer alıb. Əvəzində isə “altılıq” ölkələri İrana tibbi izotoplar və nüvə təhlükəsizliyi barədə əməkdaşlıq təklif edib. İran rəsmiləri təkliklər paketinin balanslı olmadığını bildirib.
URL / WWW
http://kelam.az/article/a-6427.html