Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Abdulla Gül: “Yaxşı lider hərdən riskə də getməlidir”
25.05.12 23:07

Türkiyə prezidenti Abdulla Gül Stenford universitetinin tələbələri qarşısında çıxışında Ermənistana səfərinə toxunub. «KƏLAMİNFO» «Armenpress»ə istinadən xəbər verir ki, Gül bildirib ki, yaxşı lider hərdən riskə də getməlidir və buna misal kimi Serj Sarksiyanın dəvəti ilə Ermənistana səfərini və futbol oyununa baxmasını göstərib. «Son 20 ildə bizim demək olar ki, Ermənistanla diplomatik münasibətlərimiz mövcud olmayıb. Ümumi tarixlə bağlı fikir ayrılıqları olan qonşu xalqların rəhbərləri üçün bu görüşün əhəmiyyətini qiymət vermək çox çətindir. Daxili plan siyasəti baxımından bu, riskli addım ola bilərdi. Bu, xarici siyasət məsələlərində də mübahisələr doğura bilərdi. Türkiyə prezidentinin Yerevana səfərinin məqsədi iki xalq arasında münasibətləri yaxşılaşdırmaq olub. Mənim hələ ki, buna ümidim var. Bizim səfər mübadiləsi erməni-türk münasibətlərinin normallaşmasına yönəlmiş simvol oldu. Bu, riskli addım olsa idi belə, düzgün addım idi» - deyə Gül vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6425.html