Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanın Bolqarıstandakı səfirliyi rəsmi qəbul təşkil edib
25.05.12 16:07

Mayın 23-də “28 may - Respublika günü” münasibəti ilə Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Sofiyanm ən nüfuzlu “Şeraton” mehmanxanasında rəsmi qəbul təşkil edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər. Tədbirdə 300 nəfər qonaq iştirak edib. İştirak edən qonaqlar arasında Bolqarıstan Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin, Xalq Məclisinin məsul işçiləri, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun üzvləri, müxtəlif siyasi partiyaların nümayəndələri, tanınmış iş adamları, icra hakimiyyəti və yerli özünü idarə orqanlarının rəhbərləri, aparıcı KİV nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Bolqarıstanda akkreditə olunan diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, həmvətənlilərimiz, Bolqarıstanda təhsil alan tələbələrimiz, bolqar və türk cəmiyyətlərinin üzvləri və s. şəxslər olublar.Qəbulda qonaqlara Azərbaycan mətbəxinin təamları ikram edilib və ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizmini əks etdirən sənədli filmlər, eləcə də ölkəmizdə keçirilən “Avroviziya” müsabiqəsinə dair video roliklər nümayiş etdirilib. Bununla yanaşı, tədbir iştirakçılarına ölkəmizlə bağlı müxtəlif məzmunlu ingilis və bolqar dillərində kitablar, jurnallar, broşuralar, həmçinin milli suvenirlər təqdim edilib. “28 may Respublika günü” ilə əlaqədar səfir E.Kərimovun ünvanına Bolqarıstanın dövlət və özəl qurumlarından bir sıra təbrik məktubları daxil olub.
URL / WWW
http://kelam.az/article/a-6424.html