Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Məqsəd toqquşma yaradıb xarici efirlərə çıxmaqdır”
25.05.12 16:07

“İctimai Palata deyilən bir qrup müxalifət ancaq cəhd edir ki, qanunsuz aksiyalar keçirsin, toqquşmalar olsun və bununla beynəlxalq təşkilatların diqqətini cəlb eləsinlər. Hətta ümumxalq prinsipləri üçün vacib olan “Eurovision” ərəfəsində belə bu metoddan istifadə edib beynəlxalq aləmi hakimiyyətin üstünə salmaq istəyirlər. Məncə, bu cür planlar dünyanın heç bir yerində mövcud deyil ki, bu da Azərbaycan müxalifətində mövcuddur”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc bildirib. O qeyd edib ki, Bakıda keçirilən “Eurovision” onsuz da yüksək səviyyədə keçiriləcək, çünki buna dövlət yüksək səviyyədə hazırlaşıb və Avropanın 40-dan çox ölkəsindən qonaq gəlib. “Müxalifət müsabiqədən öncə də aksiyalar keçirib, lakin cəmiyyətdə heç bir nəticələrlə, ciddi fikirlərlə yadda qalmayıblar. Heç bir təklif və millətin hansısa probleminin həlli üçün nativ proqramlar ortaya qoymayıblar, onlarda məqsəd toqquşma yaradıb xarici efirlərə çıxmaqdır. Bakıya gələn xarici jurnalistləri də buna cəlb eləmək istəyirlər, ona görə son günlər bu qədər canfəşanlıq göstərirlər” - deyə Z.Oruc vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6423.html