Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zakir Qaralov Ukraynanın baş prokuroruna müraciət edib
26.05.12 02:07

Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukraynanın baş prokuroru Viktor Pşonkaya müraciət edib. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, müraciət "Ukrayna Azərbaycanlıları Konqresi"nin Donetsk vilayəti ictimai təşkilatının sədri İqbal Mahmudovun 9 may 2012-ci il tarixdə Makeyevka kəndində qətlə yetirilməsi ilə əlaqədar olub. Müraciətdə cinayətin ictimai yerdə, insanların gözü qarşısında törədilməsi, habelə cinayətkarın hadisə yerindən qaçması və hazırkı vaxtadək saxlanılmamasının respublikada ictimai əks-səda yaratmasının narahatçılıq doğurması qeyd olunmaqla Ukrayna hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıq göstərərək cinayətin qısa müddətdə açılması istiqamətində zəruri tədbirlər görəcəyinə əminlik ifadə olunub.Azərbaycan Baş Prokurorluğu Ukraynanın səlahiyyətli orqanlarına cinayət işi üzrə istintaqa lazımi köməklik göstərməyə hazır olduğunu bildirib. Qeyd edək ki, İqbal Böyükkişi oğlu Mahmudov 1978-ci ildə Lənkəran rayonunun Port-İliç qəsəbəsində (indiki Liman şəhərində) anadan olub. O, 1995-ci ildə Ukraynaya gedib. 2005-ci ildən Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti təşkilatına sədrlik edən İ.Mahmudov Makeyevka şəhərində ona məxsus “Kaspiy” adlı kafe-mağazanın yanında avtomobilindən düşərkən iki nəfərin hücumuna məruz qalıb. 5 güllə yarası alan həmyerlimiz 1 saylı Makeyevka şəhər xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Cinayətkarlar hadisə yerindən qaçıblar. Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qətl törədilməsi) maddəsi ilə cinayət işi qaldırılıb.
URL / WWW
http://kelam.az/article/a-6421.html