Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Rasim Ağayev: “Adam nə qədər göz yumar bu mollaların fitnəsinə?!”
24.05.12 16:25

“İranın bu gün Azərbaycanla bağlı xüsusi planları var və molla rejimi qətiyyən bu planlarından geri çəkilmir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Rasim Ağayev bildirib. O qeyd edib ki, bu planların başlanğıcı üçün elə əslində mövcud gərginliyi İran yaradır. “İran münasibətləri yaxşılaşdırmaq istiqamətində bir addım atsa, Azərbaycan bir neçə addım atacaq. Amma İran indiki yolundan geri addım atmağı düşünmür və Azərbaycan hakimiyyətinin də siyasəti dəyişib. İndi biz də haqlı olaraq gərginliyə gərginliklə cavab veririk. Adam nə qədər göz yumar bu mollaların fitnəsinə?!” - deyə R.Ağayev vurğulayıb.  Politoloq deyir ki, İranın beynəlxalq aləmdəki hazırkı durumu onun Azərbaycanla münasibətləri üçün əlverişli olmasa da, Tehran sanki bunu görmək belə istəmir. “İran sanki cəhənnəmə getdiyini bilir və özünə yoldaş axtarır” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6420.html